"Monako"nun futbolçusu karyerasını Türkiyədə davam etdirə bilər
"Monako"nun 33 yaşlı ulduz futbolçusu Uisam Ben Yedder karyerasını Türkiyə klubunda davam etdirə bilər.
Sportline.az Aspor.com-a istinadla xəbər verir ki, Fransalı futbolçu üçün "Qalatasaray" klubunun təklif göndərdiyi bildirilib. "Monako" rəsmiləri 33 yaşlı hücumçu üçün 10 milyon avro tələb ediblər.
Fransalı hücumçu bu mövsüm "Monako" forması ilə çıxdığı 19 matçda 13 qolla yadda qalıb.
Qeyd edək ki, Uisam Ben Yedder "Tuluz" və "Sevilya" klublarının da şərəfini qoruyub.