"Monako"nun prezidenti klubu satmaq istəyir

Rusiyalı iş adamı Dimirti Rbolovlev "Monako" klubunu satmaq istəyir. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Dimitri Rbolovlev sahib olduğu 66%-lik hissəni satışa çıxaracağını bildirib. 

"Monako" klubu təcrübəli Rus iş adamının prezidentlik etdiyi illər ərzində 2013-cü ildə Fransa 2 və 2017-ci ildə 1-ci liqanın qalibi olub.2016-2017-ci illərdə isə Çempionlar liqasınıın yarımfinalında mübarizə aparıb.

Qeyd edək ki,Dimitri Rbolovlev komandanın hazırki maddi vəziyyətinin qənaətbəxş olmadığını bu səbəbdən satışa çıxardıldığını bildirib.