Mourinyo bu milliyə rəhbərlik etmək istəyir

Joze Mourinyo gələcəkdə Portuqaliya millisinin baş məşqçisi olmaq istədiyini bildirib.

Sportline.az xəbər verir ki, "Fənərbağça”nın baş məşqçisi “Sporty Net”ə müsahibəsində bunları deyib:

“2004-cü ildən bəri Portuqaliyada çalışmamışam və düşünmürəm ki, mənim ölkəmdə insanlar məni bizimkindən başqa hər hansı milli komandanın başında qəbul etsinlər. Beynəlxalq futbolda mənim taleyim Portuqaliyanı Dünya Çempionatında çalışdırmaqdır. Braziliyanı çalışdırmağı heç vaxt düşünməmişəm.

Milli komanda məşqçiliyi üzrə ilk təcrübəm Portuqaliya ilə olmalıdır. İnsanlar anlamalıdır ki, mən peşəkaram və başqa komandaları da çalışdıra bilərəm, amma yalnız müəyyən bağlılığım olan yığmaları.