Murat Sancak yenidən "Adana Demirspor"un prezidenti olub
Murat Sancak "Adana Dəmirspor"da prezident vəzifəsinə geri döndüyünü açıqlayıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Adana təmsilçisində Murat Sancak dönəmi yenidən başlayır. Sancak ötən mövsüm istefa verdiyi vəzifəyə qayıdıb.
56 yaşlı prezident "X" sosial media hesabından etdiyi paylaşımda "Yeni idarə heyətimizi xeyirli olsun, mübarizəyə davam edirik, oyunları birlikdə pozacağıq, həvəsləri ürəylərində qalacaq" ifadələrini işlədib.
Qeyd edək ki, Murat Sancak ilk olaraq 2018-ci ildə Adana klubunun prezidenti seçilmişdi.