Mustafa Dənizli bu futbolçuları transfer etmək istəyir
"Qalatasaray" futbol klubu Mustafa Dənizli ilə münasibətlərini rəsmiləşdirib. SportLine.az Türiyə mətbuatına istinadən xəbər verir ki, il yarımlıq müqaviləyə qol çəkən mütəxəssis klub rəhbərliyi ilə ilk iclasını keçirib.
Komandanın vəziyyətinin müzakirə edildiyi yığıncaqda Mustafa Dənizli iki futbolçu transfer etmək istədiyini bildirib. Bunlardan birincisi mövsümün əvvəlində "Napoli"dən "Lester"ə keçən Gökhan İnlərdir. "Premyer Liqa" təmsilçisində heyətə düşməkdə çətinlik çəkən futbolçu ilə klubun artıq danışıqlara başladığı da deyilir. Mütəxəssis, həmçinin, hücum xəttini gücləndirmək üçün braziliyalı Leandro Damionu komandaya cəlb etmək arzusundadır. Klaudio Taffarellə yaxın dost olan 26 yaşlı futbolçunun qış tranfser pəncərəsində İstanbul təmsilçisinə keçə biləcəyi qeyd edilir.