Mustafa Dənizli: "O, komandadan getmək istəyir"

"Qalatasaray"ın bu gün baş tutan məşqçindən sonra Mustafa Dənizli jurnalistlərin suallarını cavablandırıb. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis almaniyalı Kevin Qrosskroytsla bağlı da danışıb. Dənizli lisenziya səbəbilə mövsümün əvvəlindən meydana çıxa bilməyən Qrosskroytsun vətəninə qayıtmaq istədiyini deyib: "Onunla söhbət etdik. Ailəsindən ayrı yaşamağın ona çətin olduğunu dedi. Hələ ki, yekun qərarımızı verməmişik. Yəqin ki, yaxın günlərdə hər şey aydın olacaq".