Nainqolan "Kalyari"də mübarizə aparacaq

"İnter"in yarımmüdafiəçisi Raca Nainqolanı icarəyə verib. 

Sportline.az xəbər verir ki, belçikalı futbolçu karyerasını sabiq klubu "Kalyari"də davam etdirəcək. Klub saytının məlumatına görə, 31 yaşlı oyunçu ilə bir illik icarə müqaviləsi imzalanıb.

Nainqolanın illik maaşı 4,5 milyon avro olacaq. "Kalyari" bu keçid üçün təzminat ödməyəcək. Oyunçunun məvacibinin bir qismini "İnter" qarşılamalı olacaq.

Ulduz futbolçunun ailəsi Sardiniya bölgəsində yaşayır. Onun "Kalyari"yə dönməsinin əsas səbəbi həyat yoldaşı Klaudia Nainqolanın xərçəng xəstəliyi ilə mübarizə aparmasıdır.

"İnter" Nainqqolanı ötən yay "Roma"dan 38 milyon avroya transfer etmişdi. Belçika millisinin üzvü "göy-qaralar"da 36 oyuna 7 qol vurub, 3 assist edib. Təcrübəli oyunçu 2010-2014-cü illərdə "Kalyari"də çıxış edib.