"Napoli" 25 yaşlı yarımmüdafiəçi üçün 30 milyon avro təklif edib

Son İtaliya çempionu "Napoli" belçikalı 25 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, neapollular "Nottingem"in futbolçusu Orel Manqala üçün 30 milyon avro təklif ediblər.

İngiltərə klubu təklifi bəyənmədiyi üçün qəbul etmədiyini trasnferə icazə verməyib. "Nottingem" forest klubu Orel Manqala üçün minimum 45 milyon avro tələb edir. 

Qeyd edək ki, belçikalı futbolçu bu mövsüm çıxdığı 20 matçda 1 qolla yadda qalıb.