"Napoli"də yeni müqavilə

“Napoli” komandada icarə əsasında çıxış edən David Ospinanın transfer hüquqlarına yiyələnib.

Sportline.az xəbər verir ki, bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb.

30 yaşlı qapıçı 2018-ci ilin avqustunda icarə əsasında “Arsenal”dan “Napoli”yə keçib. İtaliya klubu kolumbiyalı qolkiper üçün London təmsilçisinə 4 milyon avro ödəyib.