"Napoli"dən yeni həmlə

"Napoli" "Frayburq"un futbolçusu Yohan Manzambini heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.

20 yaşlı oyunçunun dəyəri 15 milyon avrodur.

Qeyd edək ki, Yohan bu mövsüm 15 matçda iştirak edib. Aktivində 2 qol, 3 asist var.