“Napoli”nin sabiq futbolçusu Avropaya qayıtmaq istəyir

"Napoli"nin sabiq futbolçusu Lorenso İnsinye karyerası ilə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, son olaraq “Toronto” klubunun formasını geyinən və hazırda azad agent statusunda olan italiyalı ulduz Lorentso İnsinye ilə bağlı yeni məlumat ortaya çıxıb.

Lorentso İnsinye Avropaya qayıtmaq istəyir.

Karyerası ərzində ümumilikdə 632 rəsmi matçda meydana çıxan 34 yaşlı oyunçu bu qarşılaşmalarda 200 qol və 129 məhsuldar ötürmə ilə yadda qalıb.