Nazim Babayevdən 2 medal

Azərbaycan atletləri Qazaxıstanın Almatı şəhərində keçirilən Qusman Kosanov memorialında 3 medal qazanıblar.

Sportline.az xəbər verir ki, yığmanın lideri Nazim Babayev turnirdə iki dəfə fərqlənib. 25 yaşlı idmançı əvvəlcə uzunluğa tullanmada 7,74 metr göstərici ilə ikinci yeri tutub. Bu, onun həm də şəxsi rekordu olub.

Ardınca Babayev Avropa çempionu və ikiqat Universiada qalibi olduğu üçtəkanla tullanma növündə çıxış edib və 16,93 metr nəticə göstərərək qızıl medala sahib çıxıb.

Digər mükafatı isə millimizin hesabına Yekaterina Sarıyeva yazdırıb. O, üçtəkanla tullanmada 13,81 metr göstərici ilə ikinci olub.