"Neftçi" "Spartak"la oyuna legionersiz çıxacaq

"Neftçi"nin futbolçusu Alfa Konte martın 23-də Bakıda "Spartak"a (Moskva) qarşı keçiriləcək yoldaşlıq oyununda iştirak etməyəcək.

Sportline.az xəbər verir ki, buna 23 yaşlı futbolçunun Syerra Leone millisinə çağırılması səbəb olub.

Syerra Leone seçməsi martın 22-də Sudan, 25-də isə Botsvana ilə yoldaşlıq görüşləri keçirəcək.

Qeyd edək ki, Alfa Konte bu ilin qışında "Neftçi"yə transfer olunub.