"Neftçi" və "Qarabağ" rəqiblərini gözləyir

Dekabrın 16-da futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. 

Sportline.az xəbər verir ki, Bakı İdman Sarayının mətbuat konfrans zalında baş tutacaq tədbir saat 12:30-da start götürəcək. Bu mərhələdə Birinci və İkinci liqalarda çıxış edən komandalar bir-birinə rəqib olacaq. 

Birinci Liqa: Standard, Ajax Baku, Forza Neftçi, ADBTİA, Star Karqo, Red Line, Metropoliten, Ulduz, AzMİU, U-19, Baku Fans, Qarabağ-Füzuli, Rayyan MFK, Yasamal İSK-2, Xızı Yasamal, Baku Fire-2, Zəngilan FK, Çinar Cəbrayıl, Zirvə Bakı və Veqadır.

İkinci Liqa: NTD, Advokat, Baku Fire-3, Baker Tilly, Altay, Dalğa, Atletiko Baku, Bibi-Heybət, Hövsan, Star Karqo-2, Bədr Xocalı, Borçalı, Zülfüqar, Təbriz, Gənclik İK, Baker Hughes, AZZERS, Timsport, Zirvə Bakı-2 və Eminspor qüvvəsini sınayacaq.