Neftçidə daha bir ayrılıq yaşanıb

“Neftçi” klubu fələstinli futbolçu Ataa Caber ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2022-ci ildə Bakı klubuna transfer olunan Caber “Neftçi”nin heyətində meydana çıxdığı 58 oyunda 9 qola imza atıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu Fələstin milli komandasının üzvüdür.