"Neftçi"nin futbolçusu əməliyyat olundu
“Neftçi” PFK-nın futbolçusu Məqsəd İsayev Türkiyənin paytaxtı Ankaranın “Acıbadəm” xəstəxanasında sağ diz nahiyəsindən əməliyyat olunub. SportLine.az klubun saytına istinaən xəbər verir ki, əməliyyatı uğurla keçib. Hazırda Müdafiəçi həkimlərin nəzarəti altında müalicəsini davam etdirir. Məqsəd İsayevin 10 gündən sonra məşqlərə başlayacağı gözlənilir.