Neymar əsas şərtini açıqladı

Braziliyalı ulduz  - Neymar karyerasını PSJ-də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda L'Equipe məlumat yayıb.

Braziliyalı forvard Luis Enrikenin komandaya baş məşqçi təyin olunacağı təqdirdə Parisdə qalacağını bildirib.

Neymarın Enrike ilə gözəl münasibətdə olduğu deyilir. 

Qeyd edək ki, ispaniyalı mütəxəssisin yaxın günlərdə PSJ ilə müqavilə bağlayacağı gözlənilir.