Neymarın popkorn qalmaqalı

"Sambaçı" Neymar Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodrigeslə qalmaqal yaşayıb.

Sportline.az Braziliya mətbuatına istinadla xəbər verir ki, Venesuela ilə matçdan (1:1) sonra baş verən insident zamanı Neymara bir kisə popkorn atılıb. Bununla da futbolçu Neymar Uruqvaya qarşı 2026-cı il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin matçına komanda ilə birlikdə uçmayacağını deyib.

Hadisədən sonra Neymar Rodriqeslə görüşüb, olanları müzakirə edib.

Uruqvayla "sambaçılar"ın görüşü oktyabrın 18-də olacaq.