Nigeriyalı futbolçu Türkiyəyə qayıdır

2021/2022 mövsümündə "Trabzonspor" ilə Super Liqa çempionluğu yaşayan Antoni Nvakaeme Türkiyəyə geri dönür.

Sportline.az xəbər verir ki, 35 yaşlı futbolçunun xidmətində "Alanyaspor" klubu maraqlıdır.

Akdeniz təmsiliçisinin "Əl-Fayha"dan ayrılan hücumçu ilə danışıqlara başladığı bildirilir.

Qeyd edək ki, Nvakaeme daha əvvəl karyerasında bir sıra İsrail və Rumıniya klublarının şərəfini qoruyub.