Niko Uilliamsın son durumu bəlli olub

"Atletik" klubunun baş məşqçisi Ernesto Valverde komandanın əsas ulduzu Niko Uilyamsın zədəsi barədə danışıb.

Sportline.az xəbər verir ki, 60 yaşlı mütəxəssis klub kanalına verdiyi müsahibədə "Nikonun ayağında burxulma var.Bunun nə dərəcədə ciddi olduğunu bilmirəm.O, bir müddət yaşıl meydanlardan kənarda qalacaq" deyib

22 yaşlı futbolçu ötən gün "Leqanes"ə qarşı keçirilən matçda zədələnərək yerini Qorka Quruzetaya buraxmışdı.

Xatırladaq ki, ulduz futbolçu AVRO 2024-də İspaniya millisi ilə çempionluq yaşayıb.