Noa Lanq "Napoli"dən ayrılmaq istəyir
"Napoli"nin niderlandlı sol cinah vingeri Noa Lanq yanvar ayında klubdan ayrılmaq istəyir.
Sportline.az xəbər verir ki, buna səbəb oyunçunun az forma şansı əldə etməsi olub.
Bu haqda jurnalist Nikolo Şıkira öz "X" hesabında paylaşım edib.
Qeyd edək ki, N.Lanqın dəyəri 25 milyon avrodur.