Noyer fanatlarına bəd xəbər
"Bavariya"nın qapıçısı Manuel Noyer ilin sonunadək yaşıl meydanlardan kənarda qalacaq.
Sportline.az xəbər verir ki, təcrübəli qolkiperin Almaniya kubokunun 1/8 finalında "Bayer"lə oyunda (0-1) qabırğası sınıb.
Bu haqda komandanın baş məşqçisi Vinsen Kompani məlumat verib.
Onun sözlərinə görə, Noyer ən yaxşı halda yanvarda məşqlərə başlaya biləcək.
Qeyd edək ki, Noyer sözügedən oyunda Frimponqla mübarizədə xəsarət almışdı.
Yeri gəlmişkən, Manuelin həmin epizodun sonunda aldığı qırmızı vərəqə, karyerasında ilk idi.