Nvakaeme yenidən "Trabzonspor"da

"Trabzonspor" yeni mövsümün ilk transferini rəsmən açıqlayıb .

Sportline.az xəbər verir ki, Qaradəniz təmsilçisi rəsmi hesabında sabiq futbolçusu Antini Nvakaemeni yenidən heyətinə qatdığını bildirib.

Müqavilənin müddəti və detalları növbəti günlərdə açıqlanacaq.

Qeyd edək ki, "Əl-Fayha" klubundan "Trabzonspor"a keçən nigeriyalı futbolçu 2021/2022 mövsümündə Türkiyə klubu ilə Super Liqa çempionluğu yaşamışdı. Həmin vaxt çempionluqda böyük rol oynayan Nvakaeme 30 oyunda 13 qol və 10 asistlik performans göstərmişdi.