"Nyukasıl Yunayted" "Bavariya"nın təklifini geri çevirib
"Nyukasıl Yunayted" klubu "Bavariya"nın Kyeran Trippier üçün göndərdiyi təklifi qəbul etməyib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Almaniya nəhəngi İngiləətərə klubunda çıxış edən cinah müdafiəçisi Trippier üçün 10 milyon avro təklif edib.
"Nyukasıl Yunayted" məbləği bəyənmədiyi üçün təklifi qəbul etməyəcəyini bildirib.
Qeyd edək ki, Kyeran Trippier bu mövsüm "Nyukasıl Yunayted" forması ilə çıxdığ 19 matçda 7 asistlə yadda qalıb.