"Nyukasıl Yunayted"in ulduz futbolçusu aprel ayınadək yaşıl meydanlardan uzaq qalacaq
İngiltərə Prmyer liqasında mübarizə aparan "Nyukasıl Yunayted" klubunun təcrübəli yarımmüdaffiəçisi Coleinton aprel yaınadək yaşıl meydanlardan uzaq qalacaq.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, 27 yaşlı braziliyalı futbolçu Barselonaya əməliyyat olunmaq üçün gedib. "Nyukasıl Yunayted" rəhəbərliyi isə Coelintonla zədədən qayıtdıqdan sonra yeni müqavilə imzalanmayacağını bildirib.
Qeyd edək ki, braziliyalı yarımmüdafiəçinin "Nyukasıl Yunayted"lə müqavilə müddəti 2025-ci ildə başa çatacaq.