"Nyukasl Yunayted"in yeni hədəfi

"Nyukasl Yunayted" "Vulverhempton"un norveçli futbolçusu Yorgen Strand Larsen üçün rəsmi təklif göndərib.

Sportline.az "Mail Sport" nəşrinə istinadən xəbər verir ki, "Vulverhempton" futbolçusu üçün 60 milyon avro tələb edir.

25 yaşlı futbolçunun klubla sözləşməsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Y.Strand Larsen ötən mövsüm meydana çıxdığı 38 matçda 14 qol 5 asistlə yadda qalıb.