Okan Buruk 3 futbolçunun komandada qalmasını istəyib

Super Liqanı çempion tamamlayan "Qalatasaray"ın bir neçə oyunçusuna Avropa və Saudiyyə Ərəbistanından təkliflər var.

Sportline.az xəbər verir ki, "Sarı-qırmızılılar"ın baş məşqçisi Okan Buruk Davinson Sançez, Abdülkerim Bardakçı və Viktor Nelssonun komandada saxlanılmasını istəyib.

Xəbərdə bildirilir ki, təcrübəli mütəxəssis müdafiə xəttini yenidan dizayn etmək istəmir.

Qeyd edək ki, İspaniyanın "Sevilya" klubu Viktor Nelsson üçün "Qalatasaray"a 15 milyon avroluq təklif göndərib.