Okan Buruk komandadan ayrılacaq oyunçunun adını açıqlayıb

Son mövsümü çempion tamamlayan "Qalatasaray"ın baş məşqçisi Okan Buruk növbəti il üçün düşünmədiyi futbolçunun adını çəkib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 50 yaşlı mütəxəssis DHA-ya verdiyi müsahibədə yeni mövsümün planlaması haqqında danışıb.

Buruk. yeni mövsümdə italiya hücumçu Nikolo Zaniolonun komandada olmayacağını açıqlayıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsümü icarə əsasında "Aston Villa"da keçirib.

Banner