Okan Buruk tarix yazır
Türkiyə nəhəngi "Qalatasaray"ın baş məşqçisi Okan Buruk rekordunu yeniləyib.
Sportline.az Sporx.com.tr-yə istinadla xəbər verir ki, təcrübəli mütəxəssis "sarı-qırmızılar"la çıxdığ 50 oyunun 40-da qələbə qazanıb, 5 dəfə isə heç-heçə ilə razılaşıb.
Komandanın baş məşqçisi "Qalatasaray"la Avrokuboklarda çıxdığı 11 oyundan 6 -da qələbə qazanıb, 3 dəfə heç-heçə edib. 2-dəfə isə məğlub olub.
Qeyd edək ki, Okan Buruk "Qalatasaray" klubu ilə ən çox qələbə qazanan baş məşqçi statusunu ələ keçirib.