Okan Burukun "Qalatasaray"dakı maaşı bəlli olub

"Qalatasaray" ilə 2 illik müqavilə imzalayan Okan Burukun məvacibi açıqlanıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 50 yaşlı çalışdırıcı Türkiyə klubunda ilinə 3.13 milyon avro qazanacaq.

Qeyd edək ki, təcrübəli mütəxəssis 2022-ci ilin yayından "sarı-qırmızılılar"a rəhbərlik edir.

"Qalatasaray" onun başçılığı altında Super Liqanın son 2 mövsümü çempion tamamlayıb.