Okan Burukun yeni müqaviləsinin detalları açıqlandı
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "sarı-qırmızılı" klubla yeni müqavilə imzalayıb.
Sporline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, prezident Dursun Özbek Okan Burukun boş müqavilə imzaladığını bildirib.
İmza mərasimindən sonra 50 yaşlı çalışdırıcı transferlərlə bağlı açıqlamalar verib.
Davam etmək istədikləri oyunçuların komadada qalacağını bildirən Buruk sağ cinah müdafiəçisi mövqeyinə, yarımmüdafiə və hücum xəttinə yeni transfer edəcəklərini deyib.
Qeyd edək ki, 2022-ci ildən komandaya rəhbərlik edən Okan Buruk ardıcıl 2 mövsüm "Qalatasaray"la Super Liqanın qalibi olub.