Olimpiada: İki boksçumuz yarımfinalda

Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir. SportLine.az xəbər verir ki, növbəti yarış günündə boksçular mübarizəyə qoşulublar.

Əvvəlcə, 60 kq çəki dərəcəsində Nurlan Səfərov və 69 kq çəki dərəcəsində mübarizə aparan Nicat Həsənov rinqə çıxıb. N.Səfərov kanadalı Spenser Volcoksanı, N.Həsənov isə Amerika Samoasını təmsil edən Falaniko Tautanı məğlub etməklə yarımfinala yüksəlib. 

Qeyd edək ki, boks yarışları 4 gün davam edəcək.