Olimpiadada 20 idmançımız qaldı

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Sportline.az xəbər verir ki, Azərbaycan seçməsi Yaponiya paytaxtına 40 lisenziya üzrə 44 idmançı ilə yollanıb. 

İyulun 24-dən bu günə kimi mübarizəyə qoşulan 26 idmançımızdan 24-ü çıxışını başa vurub. Hələlik Azərbaycanın bir bürünc medalı var, bir medalı isə təmin etmişik.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan boksçu Cavid Çələbiyev də 1/8 finalda mübarizəni dayandırıb.