Olimpiadadan daha bir medal xəbəri
Azərbaycan boksçuları Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çıxışlarını yekunlaşdırıblar. SportLine.az xəbər verir ki, rinqə çıxan sonuncu idmançımız 60 kq çəki dərəcəsində mübarizə aparan Nurlan Səfərov olub.
Bürünc medal uğrunda misirli Marvan Mamdu Məhəmmədlə üz-üzə gələn təmsilçimiz dueldən qalib ayrılıb - 4:0 (29:26, 29:27, 29:27, 28:28, 29:27).
Qeyd edək ki, digər boksçu Nicat Həsənov (69 kq) bürünc medal uğrunda görüşdə özbəkistanlı Caxongir Raxmonova uduzub və olimpiadanı 4-cü pillədə başa vurub.