Zaur Svanadze: “Öz meydanımızda oynasaydıq, istəyimizə çatardıq”

“Bu cür meydanda  yaxşı oyun sərgiləmək çox çətindir. Bununla belə, futbolçularımız çalışdılar ki, uğurlu nəticə qazanaq”. SportLine.az xəbər verir ki, bu sözləri “İnter” klubunun baş məşqçisi Zaur Svanadze “Kəpəz”lə görüşdən sonra deyib.

Qələbə qazanmaq üçün çox çalışdıqlarını deyən mütəxəssis, “Düşünrəm, bu oyun bizim meydanda olsaydı, istəyimizə çatardıq”, - deyə bildirib.

Qeyd edək ki, “Kəpəz” – “İnter” matçı qolsuz bərabərliklə yekunlaşıb.

Banner