Paracüdo üzrə komandamız Qran-pri yarışında 2-ci yeri tutdu

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə beynəlxalq Qran-Pri turniri yekunlaşıb.

Sportline.az xəbər verir ki, ulu öndərin adını daşıyan idman kompleksində keçirilən yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparıb.

Turnirin 2-ci – sonuncu günündə paralimpiyaçılarımızdan Rövşən Səfərov gümüş, Xanım Hüseynova isə bürünc medal qazanıb. Bununla da, Azərbaycan yığması yarışı 11 medalla komanda hesabında 2-ci yerdə başa vurub. 1-ci pillədə Özbəkistan, 3-cü yerdə isə Ukrayna seçməsi qərarlaşıb.