Pauerliftinq Federasiyasında iclas: Yeni qərarlar qəbul edildi

Azərbaycan Pauerliftinq Federasiyasında iclas keçirilib.

Sportline.az xəbər verir ki, bu iclasda bir sıra mühüm qərarlar qəbul edilib.

Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin idarə heyyəti ile birlikdə kecirdiyi iclasin nəticələri:

Birinci vitse-prezident - Azər Əliyev.

Vitse-prezidentlər - Vüqar Namazov, Mahir Musayev, Raif Süleymanov.

Baş katib - Hafiz Verdiyev.

Baş məşqçi - Azər Mustafayev.

Hakimlər kollegiyasının sədri - Seymur Əskərov.

Sonda federasiya rəsmiləri gələcək yarışlarda yüksək nəticələr göstərərək uğurlara imza atacaqlarını qarşısına məqsəd qoyaraq öz fəaliyyətlərini davam etdirəcəklərini bildirdilər.