Paul Poqba yenidən yaşıl meydanlara qayıdır
Paul Poqba yenidən yaşıl meydanlara qayıdacaq.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, fransalı ulduz dopinq cəzası səbəbindən 4 il müddətinə yaşıl meydanlardan uzaqlaşdırılsa da yenidən futbol oynayacaq.
Rusiyanın məşhurlar liqasında çıxış edən "Bruki Boys" komandası Paul Poqbaya aylıq 1,1 min avroluq maaş təklif edib. Fransalı yarımmüdafiəçi isə təklifi qəbul edib.
Qeyd edək ki, Paul Poqba Avropanın yaşıl meydanlarına yalnız 2028-ci ildə qayıda biləcək.