Paytaxt klubu baş məşqçi ilə yolları ayırır
RPL-in son turunda “Fakel”ə məğlubiyyət “Spartak” rəhbərliyinin səbrini daşırıb.
Sportline.az jurnalist İvan Karpova istinadla xəbər verir ki, bu gün “Spartak”ın direktorlar şurasının sədri Aleksandr Matısin “ağ-qırmızılar”ın baş məşqçi postuna əsəs namizədlərdən biri olan Stanislav Çerçesovla görüşəcək.
Mənbənin sözlərinə görə, hazırki baş məşqçi Gilerme Abaskalın komandadan ayrılmasını həll olunmuş saymaq olar.
Qeyd edək ki, “Spartak” RPL-də geridə qalan 20 turdan sonra 31 xalla 6-cı pillədə qərarlaşır. Qış fasiləsindən sonra “Zenit”lə 0-0 hesablı bərabərliyə razılaşan paytaxt klubu dünən doğma meydanda “Fakel”ə 2-0 hesabı ilə məğlub olub.