“Pley-off” matçı 2 kanalda canlı yayımlanacaq

Misli Premyer Liqasına vəsiqə uğrunda keçiriləcək "Qəbələ" - "Mingəçevir" "pley-off" oyununu 2 kanal canlı yayımlayacaq.

Sportline.az xəbər verir ki, görüş "CBC Sport" və "İdman TV" telekanalları vasitəsi ilə birbaşa nümayiş etdiriləcək.

Matç Sumqayıtdakı "SOCAR Polymer Arena" təşkil olunacaq. Qaşılaşma saat 18:30-da start götürəcək.