Polisi yaralayan azarkeş həbs olundu
Yunanıstan voldeybol çemponatında 2 əzəli rəqibin qarşılaşması zamanı azarkeş polisi yaralayıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Panatinaykos" və "Olimpiyakos" komandalarının görüşü zamanı polis və azarkeşlər arasında qarşıdurma yaranıb. 18 yaşlı azarkeş polisi yaralayaraq hadisə yerindən qaçıb.
Yunanıstan Daxili İşlər Nazirlindən verilən məlumata əsasən hadisəni törədən azarkeşin həbbs olunduğu bildirilib.
Qeyd edək ki, həbs olunan azarkeşlə bağlı qərar sabah veriləcək.