Polşa klubu "Qəbələ"yə rəqib oldu

“Qəbələ” Polşanın “Poqon” klubu ilə qarşılaşacaq. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, təmsilçimiz qışda Türkiyədə keçirəcəyi təlim-məşq toplanışında Şetsin klubu ilə üz-üzə gələcək.

Belə ki, mövsümün ilk yarısı başa çatmasa da, artıq hazırlıqla bağlı planlarını cızan “Poqon” yoxlama oyunlarındakı rəqiblərin axtarışına çıxıb. Polşalı həmkarlarımızın iddia edir ki, şetsinlilərin qarşılaşacağı komandalardan ikisi bəllidir.

Gələn ilin yanvarında Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək “Poqon” ayın 27-də “Qəbələ” ilə matçda qüvvəsini sınayacaq.  Polşalılar fevralın 3-də Bolqarıstan “Levski”si ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Poqon” bir neçə il əvvəl Bakı “İnter”inin futbolçusu Nizami Hacıyevi transfer etməyə yaxın olsa da, sonda tərəflər arasında razılıq əldə edilməmişdi. Polşa çempionatının yüksək liqasında çıxış edən Şetsin təmsilçisi 16 turdan sonra 23 xalla 6-cı pillədə qərarlaşıb.

Banner