Portuqaliyalı ulduz 3 mükafata layiq görülüb
Kriştianu Ronaldu "Globe Soccer Awards"da 3 mükafatın sahibi olub.
Sportline.az xəbər verie ki, portuqaliyalı futbolçu ilin bombardiri, ilin ən sevimli oyunçusu və inin ən yaxşı Orra Şərq oyunçusu seçilib. Daha sonra media nümayəndələrinin suallarını cavablandıran ronaldo açıqlmasında: "Karyeramı nə vaxt bitirəcəyəm? Tezliklə olacaq, bəlkə də 10 il sonra. Zarafat edirəm. Bilmirəm, görəcəyik.
Səudiyyə Ərəbistanında çox xoşbəxtəm. İnkişaf edirik. Səudiyyə Ərəbistanı çempionatı dünyanın ən yaxşı üç liqasından biri olacaq. Səudiyyə xalqı bununla fəxr edəcək.
Qeyd edəki ki, Kriştianu Ronaldu :"39 yaşımda mövsümün ən yaxşı bombardiri oldum. Haaland kimi gəncləri məğlub etdiyini xəyal et, bu qürurvericidir",-deyib.