Prosineçki komandadan getdi

"Denizlispor" baş məşqçisi Robert Prosineçki ilə yolları ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə Türkiyə Superliqasının təmsilçisinin saytı məlumat yayıb. Xorvat mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, Prosineçki  bu ilin avqustundan "Denizlispor"u çalışdırırdı. Onun rəhbərliyi altında komanda ölkə çempionatında 8 matçdan sonra 5 xalla 21 komanda arasında 20-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.