PSJ-də futbolçulara qadağalar
PSJ yemək zamanı telefondan istifadəni qadağan edib.
Sportline.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Bildirilib ki, Paris təmsiçisinin baş məşqçisi Kristof Qaltye komandada yeni qaydalar tətbiq edib. Bundan sonra məşqə gecikmək də mümkün olmayacaq. Kimsə üzrlü səbəb olmadan məşqə gecikirsə, o zaman hazırlığa buraxılmayacaq.
Qeyd edək ki, PSJ Fransa çempionatının 2022/2023 mövsümünün ilk turunun matçında "Klermon"la qarşılaşacaq. Oyun avqustun 6-da keçiriləcək.