PSJ niderlandlı futbolçunu heyətə qatmaq istəyir

PSJ "Lids Yunayted"in niderlandlı futbolçusu Krinsensio Sammervillə maraqlanır.

Sportline.az xəbər verir ki, bu barədə L'equipe nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə Fransa klubu Mbappenin boşluğunu məhz bu oyunçu ilə doldurmağı planlayır.

22 yaşlı yarımmüdafiəçi bəzi İngiltərə klublarının da radarına düşüb.

Qeyd edək ki, Sammervil ötən mövsüm Çempionşipdə 43 oyunda 19 qol vurub.Onun transfermarkt portalında transfer dəyəri 20 milyona avrodur.