PSJ-nin Birmingem klubuna ödəyəcəyi məbləğ bəlli olub

Lukas Dinye karyerasını PSJ-də davam etdirəcək.

Sportline.az xəbər verir ki, Paris klubu bu keçid üçün "Aston Villa"ya 8.5 milyon avro ödəyəcək.

Bu haqda jurnalist Fabris Houkins məlumat yayıb.

Qeyd edək ki, L.Dinyenin transferi bu həftə açıqlana bilər. Fransalı sol cinah müdafiəçisi "Paris Sen-Jermen"lə 3 illik müqavilə imzalayacaq.

Banner