"Qalatasaray" Barış Alperin transfer qiymətini açıqlayıb

"Qalatasaray" futbolçusu Barış Alper Yılmazın transfer qiymətini açıqlayıb.

Sportline.az "A Spor" kanalına istinadən xəbər verir ki, İstanbul klubunun rəhbərliyi B.Alper Yılmaz üçün 35 milyon avro tələb edir.

25 yaşlı sağ cinah vingerinin "Qalatasaray"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Barış Alper bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 48 matçda 14 qol 6 məhsuldar ötürmə müəllifi olub.