"Qalatasaray" belçikalı futbolçunu razı salmağa çalışır
"Qalatasaray" klubu belçikalı futbolçu ilə yeni müqavilə imzalamaq istəyir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli futbolçu Dris Mertens mövsüm sonunda karyerasını başa vurmaq istəyir.
"Qalatasaray" rəsmiləri də hazırda futbolçunun boşluğunu doldurmaq üçün yeni namizədlər axtarmağa başlayıblar. Amma, klub Dris Mertensin minimum 1 il daha "Qalatasaray"da qalmasını istəyib.
Qeyd edək ki, Dris Mertensə müqaviləni uzadacağı təqdirdə çox oyuna çıxmayacağı qarantiyası verilib.