"Qalatasaray" - "Fənərbağça" görüşünün hakimi bilindi

Aprelin  7-də keçiriləcək “Qalatasaray” - “Fənərbağça” Super kubok oyununun baş hakimi müəyyənləşib.

Sportline.az xəbər verir, Şanlıurfa şəhərində baş tutacaq qarşılaşmanı Volkan Bayarslan idarə edəcək.

Ona, yan xətdə Serkan Ok və Serkan Olguncan yardımçı olacaq.

Qeyd edək ki, aprelin 7-də keçiriləcək matçın start fiti 20:30-da səslənəcək.